Edebiyyat.az » Poeziya » Qardaşxan Əzizxanlı - QANUNun geriyə qüvvəsi yoxdur

Qardaşxan Əzizxanlı - QANUNun geriyə qüvvəsi yoxdur

Qardaşxan Əzizxanlı  -  QANUNun geriyə qüvvəsi yoxdur
Poeziya
Nicat Heşimzade
Müəllif:
14:52, 26 iyul 2019
1 303
0
Zaman başım üstdən keçir, ayağım altdan yer qaçır.., Neylə, –yerə gir, göyə çıx,–neylirsən eylə,–gor açıq... Tərs-məzhəb çərxi-fələk Yer hey fırlanıb yer açır,– QANUNun geriyə qüvvəsi yoxdur!

Zaman başım üstdən keçir, ayağım altdan yer qaçır..,

Neylə,–yerə gir, göyə çıx,–neylirsən eylə,–gor açıq...

Tərs-məzhəb çərxi-fələk Yer hey fırlanıb yer açır,–

QANUNun geriyə qüvvəsi yoxdur!


“Dünya mənim” deyən insan, rütbələrin girovusan..,

Qan, bu şəhid qanlarının bahasıdır aldığın ad..,

İrin-qan olub burnundan töküləcək çapqın həyat,

QANUNun geriyə qüvvəsi yoxdur!


Dünyanı dördəlli tutan, ikiəlli torpağı tut,

Dərd-sərin sər dərditorpaq, dərmanı hər dərdintorpaq,

Arzular arzusu torpaq arzumuz çat-çatdır.., çat, çat!..

QANUNun geriyə qüvvəsi yoxdur!


Evləri göydələnlərim, bir son mənzil də var ancaq..,

Dünya səndən soyuyanda, sən dünyanı soyunanda

Yenə bizə qucaq açan sonunda torpaq olacaq...

QANUNun geriyə qüvvəsi yoxdur!


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)