Edebiyyat.az » Poeziya » Nərgiz Nasir - Bir tikə

Nərgiz Nasir - Bir tikə

Nərgiz Nasir - Bir tikə
Poeziya
nemət
Müəllif:
19:12, 01 fevral 2019
819
0
Nərgiz Nasir - Bir tikə

"Bir tikə” 


Çiynində bel 

sahəyə enən qoca 

dan yerini sökür...


 Əlində şələ

 yenə,

 yaşlı nənə

 təndir başında

 günəşi kündəyə tökür.


 Torpaqdan qabaq

 oyanan qarışqaların 

belini bükür yemi.


 Əsaya dönüb axşamtərəfi,

 Sahibinin çiynində gedən bel 

sahibini çiynində gətirir.

 Alnını torpağa əyir ikisi də,

 ikisi də səcdə edir:

 Qüvvət ver...!

 Qüvvət ver...! 


Axşam kösövə dönür.

 Səhər günəşi qızardan şələ.

 gün qaralır,

 günü qaradır,

 insanların,

 qarışqaların...


 Evdə kökə gözləyənlərçün

 Tanrım,

 İşçi arılara şirə ver...

 Bir tikə ömrünün,

 Bir tikə,

 Üzünü ağ et! 


Nərgiz Nasir

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)