Edebiyyat.az » Poeziya » Xorxe Luis Borxes - Anlar

Xorxe Luis Borxes - Anlar

Xorxe Luis Borxes - Anlar
Poeziya
nemət
Müəllif:
10:18, 31 mart 2019
1 277
0
Xorxe Luis Borxes - Anlar







Əgər yenidən başlaya bilsəydim yaşamağa
İkincisində daha çox səhv eləyərdim.
Qüsursuz olmağa çalışmaz, bel üstə yatardım.
Şən olardım ilkində olmadığım qədər.
Çox az şeyi ciddiyətlə eləyərdim.
Təmizlik problem olmazdı əsla.
Daha çox riskə gedərdim.
Səyahət edərdim daha cox.
Daha çox günəşin doğmasını izlər,
Daha çox dağa cıxar, daha çox çayda üzərdim.
Görmədiyim bir çox yerə gedərdim.
Dondurma yeyərdim doyunca və daha az yaşıl noxud.
Həqiqi problemlərim olardı xəyali olanların yerinə.
Həyatın hər anını gerçək və məhsuldar qılan insanlardanıydım.
Yenidən başlaya bilsəydim əgər, yalnız xoşbəxt anlarım olardı.
Fərqindəmisiniz bilmirəm həyat budur elə
Anlar, sadəcə anlar.
Siz də anı yaşayın.
Hər yerə özüylə su, çətir və paraşüt götürməmiş
getməyən insanlardanam mən.
Yenidən başlaya bilsəydim əgər, hec nə daşımazdım.
Əgər yenidən başlaya bilsəydim,
Yayda başmaqlarımı fırladıb atardım.
Və payız bitənə qədər yeriyərdimçılpaq ayaqlarla.
Bilinməyən yollar kəşf edər, günəşin ləzzətini duyar
Uşaqlarla oynayardım bir şansım olsaydı əgər.Amma budur 85 yaşım var və bilirəm….Ölürəm…
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)