Edebiyyat.az » Poeziya » Günel Mehri - Günəşə gülümsəyəndə gözlərini qırpmayan...

Günel Mehri - Günəşə gülümsəyəndə gözlərini qırpmayan...

Günel Mehri - Günəşə gülümsəyəndə gözlərini qırpmayan...
Poeziya
admin
Müəllif:
21:58, 19 iyul 2021
243
0
Günel Mehri - Günəşə gülümsəyəndə gözlərini qırpmayan...



Bugün üçün təşəkkür,
var olmaya səbəb qadın!
amma böyüyə bilməmişəm,
yenə o başı bantlı qızam...
çərpələnglər uçuran,
rəngli şarları sevən,
Günəşə gülümsəyəndə gözlərini qırpmayan,
dənizlə qucaqlaşanda özünü xoşbəxt sayan,
sevinəndə rəqs edən,
qəmlənəndə nəğmə deyən,
dünyaya çəhrayi eynəyinin arxasından baxmağı seçən,
sevəndə kəpənək tək qanadlı,
qanadlananda hamıdan çox sevilən,
başı bantlı qız.
Sən də bilirsən...
hərdən böyrümdən deyə-gülə qaçan sarı-sarı balalara baxırsan, baxırsan
və deyirsən ki,
sən də elə bunlara taysan,
böyüməmisən heç, böyuməmisən...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)