Edebiyyat.az » Ədəbi tənqid » Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı

Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı

Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
Ədəbi tənqid
admin
Müəllif:
18:51, 26 dekabr 2021
281
0
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı



Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl. (İncil)

 Mariya Maqdalena. Haqqında əfsanələr dolaşan qadın. Dəqiq kimliyi bilinməyən incə varlıq. İsanın bağışladığı, yoxsa sevdiyi qadın?! Müqəddəs, əfsanəvi, mistik mətnlərdə həmişə bir ümid işığı olur. Mariya həmin işıqdır. Fahişə olubsa belə İsa onu bağışlayıb. Bu o deməkdir ki, fahişə də olsan bağışlanmaq şansın vardır. Başqa bir versiyaya görə o dövrdə bir çox ailələr kimi vergi yüksək olduğundan Mariyanın atası da qızını vergi qarşılığında satıb. Ona görə Mariya bu yola düşüb. Yazılanlara inansaq Mariya İsanın çarmıxa çəkildikdən sonra səmaya qalxdığını görən yeganə insandır.
 Məhəbbət. Kənddə böyümüş, vaxtından tez dalı-döşü qabaran qız. Kişilərin görəndə işıldayan gözlərinə məhəl qoymayan gözəl xanım. Savadsızlığın və mentalitetin əsirinə çevrilmiş zərif məxluq. Pul qarşılığında heç kimi yaxına buraxmayan, əksinə ürəyinə yatanın altına uzanmaqdan zövq alan Məhəbbət. 
 Səxavət Sahil yerli Mariya Maqdalena obrazını uğurlu yaradıb. Bütün çatışmazlığı fonunda, düşdüyü çətinliklərə ramən, yenə də mübarizə aparan qadın obrazı oxucuda maraq oyatmaya bilməz. Qadın həbsxanası, fahişəlik, məcburi ərə getmə prosesi, toy gecəsi, cinayət, zorlanma hadisəsi, tənhalıq baş obrazda dərin mənəvi zədə buraxmaya bilməzdi. Məsih belə onu xilas etmək üçün gəlmişdi. Məhəbbətsə gecikdi. Ona ruh üfürəcək ağaca çatmadı. Qurudu ağac...
 Corctaun Universitetinin professoru Apostolos Kappadona  Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” əsərində İsa və həvariləri arasında əyləşmiş qadının Mariya Maqdalena olmasını qəribə iddia hesab edərək deyir: “Bu tamamilə feminist teologiya, yaxud teologiyanın postfeminist dövrünə uyğundur. Amma həqiqət ola bilməz. “Sonuncu şam yeməyi” əsərində bəzən İsa masanın başında, bəzən ortasında təsvir olunur. Lakin bütün hallarda yalnız həvarisi Yəhya İsanın yanında əyləşir. XX, XXI əsr anlayışı ilə baxsaq, Yəhya soft və femen bir gənc təsiri bağışlayır. Leonardonun əsərində həmçinin saqqalı olmayan və feminist kimi görünən başqa bir gənci görürük. Amma orta əsrlərdən fərqli olaraq, bu gün bizim kişi və qadına aid etdiyimiz bir sıra şeylər XV əsr dəbi ilə eyni deyil. O qadın və kişi də ola bilərdi”. Səxavət Sahilin "Məhəbbət"i isə tam reallığa uyğunlaşmış obrazdır. Kurt Vonnegut demişkən yazıçı gərək qəhrəmanına qarşı sadist olsun. Onu ən çətin vəziyyətlərə salsın və yalnız belə olan halda çirkab içindən çıxanda necə davranacağı maraq doğuracaq.
 Kitabı birnəfəsə oxudum. Baxmayaraq ki, acı, kədərli səhnələr çox idi. Son illər Azərbaycan ədəbiyyatından oxuduğum romanlar içində maraq oyada bilən tək-tük əsərlərdən biri oldu. Müəllifin yazı dilində nə sünilik gördüm, nə də obrazlarının ideallaşdırılmasını. Amma sonluq uğursuz alınıb. İntihar edən Məhəbbət Mariya Maqdalena kimi İsanın səmaya “qalxmasını” görməyəcək. Bəlkə də uğurlu sonluq sayıla bilərdi, əgər Hidayət onun sönmüş bəxtini oyatmağa cəhd etməsəydi. 



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)