Edebiyyat.az » Ədəbi tənqid » Xavər Şəfiyeva - Kamyunun qadınları

Xavər Şəfiyeva - Kamyunun qadınları

Xavər Şəfiyeva - Kamyunun qadınları
Ədəbi tənqid
admin
Müəllif:
23:23, 18 dekabr 2021
175
0
Xavər Şəfiyeva - Kamyunun qadınları



 Əslən əlcəzairli olan fransız yazıçısı Alber Kamyu ispan kino və teatr aktrisası Mariya Kazares ilə 13 il eşq yaşamışdır. Onlar arasındakı sevgi məktubları illər sonra Kamyunun  evliliyindən olan qızı Katerin Kamyu tərəfindən ictimailəşdirir. Beləliklə 360 məktub ictimaiyyətə açıqlandı.

 Kamyu pianoçu və riyaziyyatçı Fransin Forla ailəli idi. Yazıçının qızı "məktubları dünyanı daha böyük və daha aydın bir yerə çevirdi, hava çox xəfif idi, çünki biri-birilərinə yazdıqları həqiqət idi" deyərək qeyd eləyib. Kamyunun "yanlışlıq" adlı pyesinin məşqləri zamanı yaxınlaşan cütlük  ilk dəfə öpüşdükləri vaxt yazıçının 30, aktrisanın isə 21 yaşı olur.
 O, sonralar Parisdə çıxartdığı "Kombat" adlı jurnalı redaktorluğu işinə başlamışdır. Biri-birinə  dəlicəsinə aşiq olduğu  vaxtlarda onların başı həm  ekrana, həm də səhnə işinə qarışmışdı. Kamyunun "dürüstlər" pyesinin hazırlıqları zamanı onlar xeyli müddətdə bir birindən ayrı qalmalı olur.
 Alber Kamyu 1957-ci ildə Nobel mükafatı qazandığı vaxtda sevgilisi Argentinada qostrol səfərdə olur və o "Alber səndən ötrü bu qədər heç darıxmamışdım, sənin Alonson" deyə yazaraq təcili bir teleqraf göndərir. Yazıçı son məktubu isə 46 yaşında 30 dekabr tarixində ölümündən 4 gün əvvəl yazıb.  Niyəsi məlum olmadan yazını "Son məktub" adlandıraraq sevgilisinə yollayır. 4 gün sonra olacaq qəzadan xəbərdar  idimi? Yoxsa sevgilisi ilə münasibətlərə son qoymaq istəyirdimi? Hələ də  cavabsız olaraq qalır bu suallar. Məktubda Kamyu Fransanın cənubundakı Provens bölgəsindən qatarla Parisə onun yanına qayıdacağını söyləmişdi.
 Lakin o  heç vaxt qayıda bilmir, naşiri Mişel Qalimarın  sport maşının ağaca çırpılması nəticəsində dünyasını dəyişir. Yol  yoldaşı Mişel isə altı gün sonra gözlərini əbədi yumur.

Kamyunun dostu Andre Şlesser ilə evlənən Kazares 1996-ci ildə 74 yaşında dünyasını dəyişmişdir.
 
 Parisin bütün kafelərində Kamyudan çox Mariyanı tanıyırdılar. Ailəli olmasından gec xəbər tutan Mariya deyirdi: mən sənin arvadından gizlənmirəm, heç qorxmuram da. Çox güman ki, yazıçı özü də arvadından qorxmurdu. Xeyli müddətdən sonra Mariya ona şərt qoyur "Özün seç, ya mən, ya o" amma uzatma. Həmin aralar Alberin əkiz uşaqları dünyaya gəlir və arvadının çamadanlarını da götürüb şəhərdən getməyi düşünür. Mariya ilə hər şeyi bitirəcəkdi. Ayrıldılar da. Üç ildən sonra  onlar bir təsadüf nəticəsində yenidən qarşılaşır və hər şey yenidən başlayır.
 O ümumillikdə iki dəfə ailəli olur və  bundan əlavə kənarda bir neçə xanımla eşq həyatı yaşamışdır. Kamyu təbiətcə ünsiyyətcil və azad olsa da əslində tənha adam idi. Onun həyatındakı qadınlar əsasən fransız millətindən olmamışdır. Alberin uzun müddətli eşq yaşadığı aktrisa (Kazares)ispan, yazıçı Artur Köstlerin xanımı inglis, Patriysa Bleyk "Mi" adı ilə tanınan rəssam  alman və s... 
 Ailə qurduğu xanımların hər ikisi əslən əlcəzairli olmuşdur. Biri narkotik aludəçisi, biri isə özünü kilinkanın pəncərəsindən ataraq intihara cəhd etmişdir.

 Sevgi yolunda təcrübəli  adamın öz  qaydaları var imiş. Kamyunun bütün romanları eyni sujetə cüzi improvizilərlə baş verirdi, hər şey anlaşılmaz, qarşısı alınmaz güclü maraqla baş verirdi. Alber sevgidən tez yorulan və doyan adam idi.

 Alber Kamyu ömür boyu intihar haqqında düşünürdü. Özünə qəsd edən insanlar beləcə məntiqsiz şəkildə öz duyğuların izinə düşüb gedirlər. Ölüm zamanımız çatana qədər beyin  bu alışqan düşüncələri qoruyub saxlayır.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)