Edebiyyat.az » Ədəbi tənqid » Rasim Ramazanoğlu - Ordan-burdan.

Rasim Ramazanoğlu - Ordan-burdan.

Rasim Ramazanoğlu - Ordan-burdan.
Ədəbi tənqid
admin
Müəllif:
19:55, 20 may 2021
614
1
Rasim Ramazanoğlu - Ordan-burdan.



  Günlərin  fərqi  olmur. İnsan  qarışqadan  geri  qalır. Bu  iş  prinsipləri  davam etsə, düzü qarşıqanı keçərik. Bu fikirlər niyə bir insanın beynində dolaşır? Ona  görə ki,  6-9 saatlıq iş rejimində işləyir. Ömrünü  demək  olar ki,  işə  verir.  Verməsə  də  ölər.  Ancaq bu formada da ölür. Bir düşün ki, sənin  övladına  yetərli  ayıracaq  zamanın qalmır. Ailə səadəti qazanc və qarın toxluğu ilə ölçülür. Bu xoşbəxt  ailə  tərəzisidir. Bir də bu insanın yaşadığı cəmiyyət. Elə bir cəmiyyət ki, hər şeyi eləyib, sonun da inkara qaçan cəmiyyət. Maşın yarışlarına bənzər insan həyatı yarışları. Bütün hüquqlar tapdalandıqca, hüquqlaşır. Yeni sözlərə  öyrəşdikcə,  yazılar da bayağılaşır.  Yenə  fikirlər qarışır. Cəmiyyətin işləmə prosesin insan əzbərləmişdi. Bir də Allaha inam, inanc  məsələsi vardı. Bu prinsip isə aşağı üçün inanc, yuxarı üçün isə özünü rahatlatmaq idi. Bu insanların  bir də mentaltet adıyla uydurma qanunları var. Misal,  böyüyə  hörmət küçələrdəki  söz-söhbətlərdə keçir. Evlərdəki  böyük amili isə sadəcə böyüyün nəfəs almasından  ibarət olur. Bu insanlar  işlərinə  gələni daima  ön  plana çıxarar. Qız olaraq  bu cəmiyyətdə  var olmaq  isə  səhrada   bitən  gülə  bərabər  olardı. Fikirlər yenə qırılıb. Bunlar hamısı axı dərk edilən hərəkətlərdəndir.Bəlkə də, ağılı pul üçün istifadə  eləyən tək-tük  cəmiyyətlərdənik. Burası da var ki, cəmiyyətdə insanlar  insanı  da  pul  təki  xərcləyir. İnsan tərəzisi  mütəmadı olaraq  özünü haqqlı çıxartmaq üçün işləyər. Ehtiyyaclarını qarşılaşdırdıq da, insan-insana yaxınlaşır. Uzaqlaşmalar isə ehtiyyaclar bitəndə baş verər. Təbii ki,bu uzaqlaşmalar müxtəlif olar. Əlaqəsi  olmayan  bu  fikirlər  beyni  yormaq  əvəzinə  dincəldirdi. Həyat  oyunu  və  şeytan  əməli  ifadələri  insanları formalaşdırırdı. Sistem  insanı  ifadəsi beyni ağrıtdı. Sistem insanı elə idi ki, standartlaşdırılmış  canlı varlıq. Sən bu  saatlarda burda olmalısan, o saatlarda isə orda. Sənin həyatını sistem idarə eləyir. Bir  anlıq  fikirlər qaçdı. Bunun  kitab  forması “1984” deyə var.  İnsanlar  az  olan  həyatlarını hərislik , mənəm-mənəmlik ilə  daha da  azaldır.  Bu insan cəmiyyətində  rəqəmləri tarixləşdirib   coğrafiya eləyirlər. Cəmiyyətin  aşağısı  bir mənalı  olaraq  aylıq   üçün  hərəkət  sisteminə  uyğunlaşıblar.  Ortası yuxarıya göz  qoya-qoya hər yola əl atır. Ancaq əngəllərlə  boğuşaraq   yerindəcə sayır. Yuxarı   isə  orta və  aşağını  yemləyir. Bu yemləməni  ortanın  əliylə  edir. Nəticə  etibarıyla aşağı və ortadan yuxarıya  keçən  olmur.  Hərdən  amma  aşağıdan  ortaya  keçmək  olur.  Zaman isə  beləcə  xərclənir...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)